Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-13,
Seanews
Heyder Eliyev

"Christiania Shipping" donanmasını paslanmayan polad çənli 3 kimyəvi tankerlə gücləndirəcək

Danimarkada fəaliyyət göstərən ixtisaslaşmış kimyəvi tanker operatoru “Christiania Shipping” paslanmayan polad çənlərlə təchiz olunmuş 13 min dedveyt tonluq (dwt) üç yeni gəminin təhvil qrafikini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, ilk gəmi  “Sakura Theresa” 7 oktyabr 2025-ci ildə Yaponiyada istismara veriləcək. STST tipli bu gəmi “Christiania Shipping”-in 7 illik tarixində inşa olunan ilk yeni gəmi olacaq. Layihə Yaponiyanın nüfuzlu “Murakami Hide” gəmiqayırma zavodunda həyata keçirilib.

“Sakura Theresa” ilə eyni dizayna malik “Hikari Theresa” adlı ikinci gəmi 2026-cı ilin mayında, yenə “Murakami Hide” zavodunda təhvil veriləcək. Üçüncü gəmi isə hazırda “Sun Iris” adlanır, lakin istismara verildikdən sonra “Iris Theresa” adını daşıyacaq.  STST tipli bu gəmi 25 oktyabrda Yaponiyanın “Usuki” gəmiqayırma zavodunda təhvil veriləcək.

Gəmilər Malta bayrağı altında üzəcək və onlar “Christiania Shipmanagement” tərəfindən Rotterdamda idarə olunacaq.

Şirkət sosial media paylaşımında bildirib ki, bu gəmilər donanmanın yenilənməsi proqramı çərçivəsində atılan mühüm addımdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır