Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-13,
Seanews
Heyder Eliyev

OPEC 2026-cı ildə qlobal neft tələbatının artacağını proqnozlaşdırır

OPEC 2025-ci ildə qlobal neft tələbatını ötən ayın səviyyəsində - illik hesablamada gündə 1,3 milyon barel (b/g) həcmində saxlayıb. Mütləq ifadə ilə bu il o, 105 milyon b/g-yə çatacaq.

“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

2026-cı ildə bu göstərici artaraq 1,4 milyon b/g-yə çatacaq. İstehlak ötən ayın proqnozu ilə müqayisədə sutkada 100 min barel artacaq.

Düzəliş Avropa, Amerika, Yaxın Şərq və Afrika ölkələrində iqtisadi artım gözləntilərinin yaxşılaşması ilə əlaqədardır. Tələbatın əsas artımı Hindistanla bağlı olacaq. Mütləq ifadə ilə yanacağa tələbat gələn il sutkada 107 milyon barel təşkil edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır