Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-12,
Seanews
Heyder Eliyev

Britaniya sahillərində batmış ən böyük hərbi gəmilər kompleksi yeni hüquqi qoruma altına alınıb

Britaniya sahillərində batmış ən böyük hərbi gəmilər kompleksi hesab olunan Skapa Körfəzindəki gəmi qalıqları yeni hüquqi qoruma altına alınıb.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, qərar Birinci Dünya müharibəsinə aid bir sıra gəmilərin qalıqlarını gələcək nəsillər üçün qorumağı hədəfləyir. Şotlandiya hökumətinin elan etdiyi yeni tarixi dəniz qoruğu (MPA) statusuna əsasən, artıq bu qalıqlardan hər hansı əşyanı çıxarmaq qanun pozuntusu hesab olunacaq.

1919-cu ilin iyununda müharibə başa çatdıqdan bir neçə ay sonra Almaniyanın Açıq Dəniz Donanması Kral Donanması tərəfindən saxlanıldığı vaxt öz heyətləri tərəfindən batırılıb. Ümumilikdə 74 döyüş gəmisindən 52-si dənizin dibinə çöküb.

Sonrakı illərdə bu gəmilərin əksəriyyəti sudan çıxarılaraq metal kimi utilizasiya edilsə də, hazırda Skapa Körfəzinin dibində həmin donanmaya aid yeddi gəmi qalığı qalır. Bundan əlavə, ərazidə 90-dan çox başqa balıqçı gəmiləri, XVIII əsrə aid yelkənli gəmilər və digər hərbi gəmilər kimi gəmi qalıqları da mövcuddur.

Skapa Körfəzi bu gün dalğıclar arasında populyar məkan sayılır. Onlar burada batmış gəmiləri araşdırmaqla yanaşı, əvvəllər naviqasiya cihazları, gəmi zəngləri və musiqi alətləri kimi artefaktları sudan çıxarıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır