Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-12,
Seanews
Heyder Eliyev

Təcrübəli dənizçi Aydın Mahmudovu anadan olmasının 70-ci ildönümündə böyük hörmətlə xatırlayırıq

Aydın Mahmudov 1955-ci il avqustun 12-də Goranboy rayonunun Borsunlu kəndində anadan olmuşdur.

Bakı Dəniz Yolları Məktəbini və Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu “Gəmi sürücülüyü” ixtisası üzrə bitirərək 1978-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində işə başlamışdır.

Peşəkar karyerasına matros kimi başlayan Aydın Mahmudov sonralar kapitanın III köməkçisi, kapitanın II köməkçisi, kapitanın böyük köməkçisi və nəhayət, uzaq səfərlər kapitanı vəzifələrində çalışmışdır. 

2000-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Donanmanın təmir planlaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, 2007-ci ildə isə Dəniz üzgüçülüyünün təhlükəsizliyi idarəsinin rəisi, 2014-cü ildən 2021-ci ilin may ayına qədər isə Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəisi kimi fəaliyyət göstərmişdir.

Aydın Mahmudovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2012-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə III dərəcəli “Əmək” ordeni və 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” yubiley medalına layiq görülmüşdür.

Təcrübəli dənizçi həmkarları və yaxınları arasında səmimi, tələbkar və biliklərini həvəslə bölüşən mütəxəssis kimi yadda qalmışdır. Onun həyat və peşə təcrübəsi dənizçilər üçün nümunədir.

Aydın Mahmudov 5 may 2021-ci ildə vəfat etmişdir.

Bu gün - 70 illik yubileyi günündə onun əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirik.  

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır