Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-12,
Seanews
Heyder Eliyev

"Balearia" şirkəti iki tam elektrikli sürətli Ro-Pax tipli bərə sifariş edib

İspaniyanın "Baleria" gəmiçilik şirkəti üçün tamamilə elektriklə işləyən sıfır emissiyalı iki yeni sürətli Ro-Pax tipli bərə "Astilleros Armon"-un Xixon gəmiqayırma zavodunda inşa olunacaq.

"Seanews.az" xəbər verir ki, gəmilərin dizaynı Incat Crowther şirkətinə məxsusdur.

"ESPAÑA 2030" və "MAROC 2030" adlanacaq bu bərələr İspaniyanın "Tarifa" limanı ilə Mərakeşin "Tanjer" limanı arasında fəaliyyət göstərəcək. Layihə Avropa ilə Afrika arasında ilk “yaşıl dəhliz”i yaradacaq. Hər iki limanında xüsusi sahil enerji doldurma infrastrukturu qurulacaq.

Gəmilər 2027-ci ildə istismara verilməlidir. Onlar dörd elektrik hərəkət qurğusundan ibarət 16 MVt gücə sahib olacaq və 11 500 kVt-saat tutumlu batareyalarla işləyəcək. Batareyalar limanda quraşdırılacaq iki avtomatlaşdırılmış robot qol vasitəsilə OPS bağlantısı ilə cəmi 40 dəqiqəyə doldurulacaq.

Bundan əlavə, hər gəmidə ümumi 11 200 kVt gücə malik dörd dizel generatoru ehtiyat enerji mənbəyi kimi quraşdırılacaq.

Bərələrin hər biri 804 sərnişin və 225 avtomobil daşımaq imkanına malik olacaq, maksimal sürəti isə 26 düyün təşkil edəcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır