Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Türkiyə limanları 58 milyon tondan çox neft məhsulları qəbul edib

2023-cü ilin yanvar-avqust ayında Türkiyə limanları 58 milyon 268 min 415 ton neft məhsulları qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-əTürkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili neft məhsulları qəbulu 4 milyon 153 min 291 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə neft məhsulları daşınması 54 milyon 115 min 124 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-avqust ayında Türkiyə limanlarından transit yolu ilə 27 milyon 425 min 572 ton neft məhsulları daşınıb.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyə limanları 33 milyon 374 min 278 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır