Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

G-nin gəmiləri “Filanovski” yatağında aparılan işlərin ikinci mərhələsinə cəlb ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Qurban Abasov” kran gəmisi və “Yarenqa” yedək-təchizat gəmisi Xəzərin Rusiya sektorunda yerləşən “Filanovski” neft yatağında aparılan işlərin ikinci mərhələsinə cəlb olunub. Belə ki, “Voltar Marine” şirkətinin sifarişi əsasında 600 ton yükqaldırma qabiliyyətinə malik “Qurban Abasov” kran gəmisi yataqda platformanın dayaq blokunun quraşdırılması işlərində, “Yarenqa” yedək-təchizat gəmisi isə lövbər əməliyyatlarında  istismar ediləcək. Layihənin birinci mərhələsi iyunun 26-da başa çatıb və bu müddətdə  ümumilikdə 25957 kubmetr qazma işləri həyata keçirilib. Bu mərhələdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus bir torpaqqazan (“Mühəndis Balarza Məmmədov”), üç torpaqdaşıyan (“Bakinskaya-3”,“Bakinskaya-5”, “Bakinskaya-6”) və “Yarenqa” təchizat-yedək gəmiləri  iştirak edib.  “AXDG” QSC-nin gəmiləri “Filanovski” yatağındakı işlərin növbəti mərhələlərinə də cəlb olunacaq. Qeyd edək ki, irimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirməklə yanaşı, eyni zamanda əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır. Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif  tip ixtisaslaşdırılmış gəmilər var. Bu da Gəmiçiliyi göstərdiyi xidmətlərin çoxşaxəliyinə  görə dünyada unikal şirkətlər sırasına daxil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır