Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Konqo ölkədə hasil edilən LNG-nin ilk partiyasını Piombino limanındakı yenidən qazlaşdırma terminalına göndərir

Konqo ölkədə hasil edilən mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyasını yükləməyə başlayıb, yaxın günlərdə yük İtaliyanın Piombino limanındakı yenidən qazlaşdırma terminalına göndəriləcək.

"Seanews.az" xəbər verir ki, bu barədə “Eni” şirkətinin mətbuat xidməti məlumat yayıb.

İxrac LNG-nin ilk partiyasının göndərilməsi ilə respublika mayeləşdirilmiş qaz ixrac edən ölkələr qrupuna daxil olacaq ki, bu da ölkənin iqtisadi inkişafı üçün geniş imkanlar açacaq və dünya bazarında enerji balansına töhfə verəcək.

“Congo LNG” layihəsi üçün bütün icazələr 2022-ci ilin dekabrında alınıb. Keçən aprel ayında “Eni”-nin mayeləşdirilmiş təbii qaz zavodu layihəsinin rəsmi açılış mərasimi baş tutdu. “Congo LNG” zavodu “Marine XII” yatağından hasil edilən qazdan istifadə edəcək. Yanacaq həm ölkə daxilində elektrik enerjisi istehsalı üçün istifadə olunacaq, həm də beynəlxalq bazarlara, əsasən də Avropaya ixrac ediləcək.

Planlara görə, layihə 2025-ci ildə 3 milyon ton LNG (təxminən 4,5 milyard kubmetr) ümumi illik mayeləşdirmə gücünə çatacaq.

Layihə artıq hasilatda olan “Nene” və “Liçendjili” yataqlarında və hələ işlənməyən yataqlarda iki üzən sistemin quraşdırılmasını nəzərdə tutur. İlk üzən FLNG sistemi 2023-cü ildə fəaliyyətə başlayıb. Onun gücü ildə 600 min ton olacaq. İkinci zavod 2025-ci ildə istifadəyə veriləcək. Onun gücü isə ildə 2,4 milyon ton olacaq.

“Eni” 1968-ci ildən Konqo Respublikasında fəaliyyət göstərir və ölkənin qaz yataqlarını işlədən yeganə şirkətdir. “Eni” hazırda Konqonun istehsal gücünün 70%-ni təmin edən “Centrale Electrique du Congo”-ya (“CEC”) qaz verir.

İtaliyanın beynəlxalq neft-qaz şirkəti “Eni” dünyanın 37 ölkəsində kəşfiyyat və neft hasilatı həyata keçirir və 70 ölkədə sürtkü yağları və xüsusi mayelər satır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır