Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

“HD KSOE”-yə daha iki ammonyak tankerinin tikintisi sifariş verilib

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma şirkətinə iki VLAC ammonyak tankerinin tikintisi sifariş verilib.

“Seanews.az” xəbər verir ki, sifarişçi Afrikadan olan bir gəmiçilik şirkətidir.

“HD KSOE”-nin məlumatında bildirir ki, müqavilə 322,8 milyard von (təxminən 241,3 milyon dollar) dəyərindədir.

Ammonyak tankerləri Ulsandakı “HD Hyundai Heavy Industries” gəmiqayırma zavodunda tikiləcək. Gəmilərin 26 fevral 2027-ci il tarixinədək sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə isə, 2024-cü ilin əvvəlindən “HD KSOE” şirkəti VLAC tankerləri, mayeləşdirilmiş neft qazı və mayeləşdirilmiş təbii qaz (LNG) tankerləri, etan tankerlər, neft tankerləri, neft-kimya sənayesi məhsullarının daşınması üçün gəmilər də daxil olmaqla müxtəlif tipli 40 gəminin tikintisi üçün 4,77 milyard dollar dəyərində sifarişlər alıb. Beləliklə, şirkət illik planını 35,3% (13,5 milyard dollar) yerinə yetirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır