Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

lən həftə “Şahdəniz 2”dən ilk kommersiya qazı nəql olun

Gələn həftə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk kommersiya qazı nəql olunacaq. Bunu 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbirdə şirkətin baş icraçı direktoru Bob Dadli bildirib. “Gələn həftə “Şahdəniz 2”dən ilk kommersiya tədarükünün şahidi olacağıq”,- o qeyd edib. BP-nin baş icraçı direktoru Cənub Qaz Dəhlizi layihəsinin dünyanın ən böyük enerji layihələrindən biri olduğunu vurğulayıb. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyədə (Eskişehir) TANAP-ın rəsmi açılış mərasimi baş tutub. Azərbaycan qazının 2020-ci ilin əvvəlində Avropaya nəqli nəzərdə tutulur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır