Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

rbaycan indiyədək AÇG-dən 258 milyon ton mənfəət nefti əldə

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda hasilatın ümumi həcmindən 258 milyon ton neft Azərbaycanın mənfəət neftinin payına düşür. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 25-ci “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı deyib. X.Yusifzadə qeyd edib ki, AÇG üzrə yeni sazişin imzalanması ilə Azərbaycanın mənfəət neftinin payı artmaqda davam edəcək. Onun sözlərinə görə, 1997-ci ilin noyabrından 2017-ci il mayın 1-dək AÇG-dən 455 milyon ton neft və 144,5 milyard kubmetr səmt qazı hasil olunub. SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, hasil edilən neftin ümumi həcmindən 60 faiz Azərbaycanın mənfəət neftinin payına düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır