Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

il Bakıda 12,6 milyon ton neft və 5,6 milyard kubmetr əmtəəlik təbii qaz çıxarı

Cari ilin yanvar-aprel aylarında Bakıda xam neftin hasilatı 12 milyon 640 min ton, əmtəəlik təbii qaz hasilatı isə 5 milyard 582 milyon kubmetr təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə paytaxtın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,8 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalıb. Yanvar-aprel aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,6 faiz azalıb. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır