Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

iya ilk dəfə xam neft ixracına başla

Şərqi Afrika ölkəsi Keniya ilk dəfə xam neft ixrac etməyə başlayıb. “Seanews.az” xəbər verir ki, ilk daşınmanın həyata keçirilməsi ilə bağlı təşkil edilən tədbirə Keniyanın dövlət başçısı Uhuru Keniata da qatılıb. O bildirib ki, həyata keçirilən xam neft ixracı ölkənin gələcəyi üçün davamlı və gəlirli bir investisiya layihəsidir. Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün bundan sonra neft və qaz sektorunun genişləndirilməsinə xüsusi diqqət ayrılacaq. Xam neftin istehsalı və ixracı başqa ölkələrlə iqtisadi və ticari əlaqələri genişləndirəcək. Mərasimdə qeyd edilib ki, günlük 2-4 min barrel arasında xam neft ixrac olunacaq. Keniya öz neft boru xəttini yekunlaşdırana qədər xam neft quru yolu ilə xüsusi dizayn edilmiş yük avtomobilləri ilə daşınacaq. Ölkənin sahilində yerləşən Mombasa limanına daşınacaq yüklər buradan gəmilərlə Çin və Hindistana ixrac ediləcək. Qeyd edək ki, Keniyada inşa edilən neft boru xətti 2021-ci ilin ikinci yarısında istismara veriləcək. 2 milyard dollar dəyərində olan 890 kilometr uzunluğa malik bu boru xətti ilə gündə 100 min barrel petrol ixrac edilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır