Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

C və bəzi qeyri-OPEC ölkələri Vyana sazişini ilin sonunadək tətbiq etməkdə qərarlı

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri neft istehsalının azaldılmasına dair razılaşmanı bu ilin sonuna qədər tətbiq etməkdə qərarlıdır. Bu barədə Əlcəzairin energetika naziri Mustapha Guitouni deyib. M.Guitouni iyunun sonunda Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEC-in iclaslarına Səudiyyə Ərəbistanı və Rusiyanın saziş üzrə istehsal kvotalarını artırmaq barədə təklifi ilə bağlı narahatlıqların azaldığını qeyd edib. Liviya, Venesuela və Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyə işarə edən nazir neft istehsal edilən bölgələrdəki geosiyasi problemlərin barreli 75-80 dollar arasında dəyişən neftin qiymətinə təsir etməyəcəyini vurğulayıb. Qeyd edək ki, daha əvvəl Rusiyanın Energetika Nazirliyi OPEC və digər neft istehsalçısı ölkələrlə əldə edilən hasilatın azaldılması üzrə müqavilədə kvotaları artırmaq barədə qərar veriləcəyi təqdirdə bu ölkənin neft istehsalını qarşıdakı aylarda əvvəlki səviyyəyə çatdıra biləcəyini bildirmişdi. Mütəxəssislər neft bazarının iyunun 22-23-də Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclasından çıxacaq qərarlara fokuslandığını qeyd edirlər. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur. Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır