Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

-da xam neft ehtiyatları ar

Ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları artıb. Bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 1,09 milyon barrel artaraq 429,1 milyon barrel olub. Analitiklər ehtiyatların 2,6 milyon barrel azalacağını nəzərdə tuturdu. ABŞ-dakı benzin ehtiyatları keçən həftə 2,7 milyon barrel artıb. Benzin ehtiyatlarının 99,5 milyon barrelədək azalması gözlənilirdi. Ölkədə emal edilmiş neft ehtiyatları isə ötən həftə 1,91 milyon barrel azalıb. ABŞ-ın xam neft idxalı gündəlik 284 min barrel artaraq 8,2 milyon barrelə çatıb. Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır