Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

SOCAR Metanol” Volqa-Don kanalı ilə metanol ixracını şaxələndirməyi planlaşdı

“SOCAR Metanol” MMC metanolun ixrac marşrutlarını şaxələndirməyi planlaşdırır. Bunu zavodun baş direktoru Elnur Mustafayev deyib. “Hazırda zavodumuzun metanolu saxlama gücü 41 min ton təşkil edir və biz onu 1,5-2 dəfə artırmağı planlaşdırırıq. Bundan başqa, ixrac marşrutunun şaxələndirilməsi üçün metanolun Xəzər dənizi ilə Qara dənizə nəqlini artırmaq istəyirik”, – deyə o, Bakıda keçirilən “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfransda bildirib. Baş direktor qeyd edib ki, hazırda metanolun ixracını SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Kulevi terminalından həyata keçirir. “Biz Xəzər dənizi istiqamətində Volqa-Don kanalı ilə Qara dənizə ixracın həcmini artırmaq niyyətindəyik. Hazırda bu marşrutdan istifadə olunur, amma ixrac həcmləri azdır. Bu həcmləri artırmaq niyyətindəyik. Bu istiqamət daha ucuz olduğu üçün daşıma xərclərinə də qənaət olunmasına imkan yaradacaq. Amma ixrac marşrutlarının şaxələndirilməsi üçün saxlama həcmini də artırmaq lazımdır”, – deyə E.Mustafayev vurğulayıb. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır