Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

opa Komissiyasının nümayəndəsi: “CQD şaxələndirmə üçün əsas layihədi

“Bizim diversifikasiya cəhdlərimiz üçün ən əsas layihə Cənub Qaz Dəhlizi layihəsidir”. Bunu Avropa Komissiyasının enerji və iqlim üzrə komissarı Migel Arias Kanyete IV Enerji Sammitində çıxışı zamanı bildirib. O qeyd edib ki, təmsil etdiyi qurum üçün Xəzər regionundan qazı birbaşa Avropaya gətirmək əsas prioritet olaraq qalır: “Bu istiqamətdə uğurun bir göstəricisdir ki, bu ilin yayında Azərbaycan qazı Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq”. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır