Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

C Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqla

2018-ci ildə Azərbaycanda neft hasilatı ötən illə müqayisədə 0,03 milyon barrel/sutka azalacaq. Bu OPEC-in hazırladığı hesabatda deyilir. Hesabata əsasən, bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barrel həcmində proqnozlaşdırılır. Beləliklə, OPEC əvvəlki hesabatda qeyd olunan proqnozu dəyişməz saxlayıb: “Birinci rübün yekunları proqnozlardan daha yüksək oldu. Ona görə də proqnoz sutkada 37 min barrel artırıldı. Bu da illik proqnozun 0,01 milyon barrel/sutka həcmində təkrar baxılmasına gətirib çıxardı”. OPEC-in dəyərləndirməsinə görə, yanvarda neft hasilatı dekabrla müqayisədə 0,01 milyon barrel/sutka artıb və 0,75 milyon barrel/sutka təşkil edib. Bu göstərici 2017-ci ilin yanvarı ilə eyni olub. Fevralda neft və kondensat tədarükü üzrə ilkin məlumatlar hasilatla eyni səviyyəni göstərir: “2017-ci ildə Azərbaycan neftinin tədarük həcmi sutkada 0,05 milyon barrel azalaraq 0,8 milyon barrel/sutka təşkil edib”. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır