Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

unda “Vyana sazişi”nin uzadılması məsələsinə baxıl

OPEC+ ölkələri dünya bazarında neft hasilatının azaldılmasını 2018-ci ildə də davam etdirəcəklər. İyunda keçiriləcək görüşdə OPEC+ ölkələri sazişin müddətinin 2019-cu ildə də uzadılması məsələsinə baxacaqlar. “Bazardakı vəziyyətdən asılı olaraq əldə olunan razılıq çərçivəsində hasilatın azaldılması ən azı bu ilin sonuna qədər davam edəcək. 2019-cu il üçün də razılığın uzadılması məsələsinə baxılacaq,” – deyə Küveytin neft naziri Bəxit əl-Rəşidi deyib. Martda verdiyi açıqlamada İraqın neft naziri Cabbar əl-Layibi deyib ki, bəzi ölkələr razılaşmanın müddətinin daha yarım il müddətinə uzadılmasını təklif edir. Buna baxmayaraq nazir həmin ölkələrin adlarını açıqlamayıb.   Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına  Azərbaycan da qoşulub. Apa


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır