Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

ölkədə neft və qaz araşdırmalarına qadağa qoy

Yeni Zellandiya hökuməti yeni neft və qaz araşdırmalarına qadağa qoyub. Qərar ölkədə təmiz, yaşıl və davamlı gələcəyi təmin etmək məqsədi ilə verilib. “Seanews.az” xəbər verir ki, bununla bağlı məlumat Yeni Zellandiya Baş nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.   Baş nazir Cacinda Ardern bildirib ki, mövcud icazələr xaricində dənizlərdə başqa neft və qaz araşdırılmasına icazə verilməyəcək: “Yeni Zellandiya üçün düzgün qərar verdiyimizi düşünürəm. Var olan sektora sahib çıxırıq və gələcək nəsilləri iqlim dəyişikliyindən qoruyuruq”. Ölkənin Neft Araşdırma və İstehsalı Dərnəyi isə qərara təəccübləndiyini deyib. Dərnəyin rəhbəri Kameron Madqvik açıqlamasında  hökumət qərar qəbul etməmişdən öncə sektorla müzakirələr aparmalıydı”- deyə, qeyd edib.  Onun sözlərinə görə, yeni qadağalar bu sahəyə mənfi təsir göstərəcək.  Enerji və Sərvətlər naziri Meqan Vuds isə bildirib ki, hazırda 31 aktiv neft və qaz axtarma icazəsi var. Bunların 22-i dənizdədir. Mövcud icazə sahibləri ilə anlaşamlar qüvvədə qaldığı  üçün bu qərarın onlara hər hansı təsiri olmayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır