Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

yabr ayında “Ümid” yatağında növbəti quyu istismara verilə

Bu ilin oktyabr ayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağında qazma işləri aparılan növbəti quyunun istismara verilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Qeyd edək ki, “Ümid” yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. 2012-ci ildə “Ümid” yatağında hasilata başlanılıb. Hazırda yataqda 10 və 14 nömrəli iki istismar quyusu fəaliyyət göstərir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır