Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Neft Daşları”nda 8 meydança estakadadan ayrı

“Neft Daşları”nda 8 meydança estakadadan ayrılıb. Bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, dəniz mədənlərində əməyin mühafizəsinin gücləndirilməsi üçün SOCAR tərəfindən görülən genişmiqyaslı tədbirlər davam edir. Cari ilin ötən dövrü ərzində “Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılıb, 2 ədəd meydançalararası estakada kəsilərək ləğv edilib. Eyni zamanda, N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) də 8 meydança birləşdiyi estakadalardan ayrılıb. Bununla da, neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır