Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

C+ sazişinin müddəti 2018-ci ildən sonrakı dövrü də əhatə edə bi

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və kartelə daxil olmayan ölkələrlə əldə olunan neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ildən sonrakı dövrü də əhatə edə bilər. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinin birinci vitse-prezidenti Pavel Fedorov deyib. O bildirib ki, 2018-ci ildən sonrakı dövrdə neft istehsalının azaldılması ilə bağlı qlobal sazişin müddəti daha da uzadıla bilər. Xatırladaq ki, bu il noyabrın 30-da Vyanada baş tutan OPEC Nazirlər Şurasının 173-cü və OPEC+ ölkələrin 3-cü iclasları çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay – 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Cari il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır