Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Şahdəniz-2” çərçivəsində beş quyu tamamla

Şahdəniz-2” layihəsi çərçivəsində beş quyu tamamlanıb. Bu barədə  “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bu ilin üçüncü rübündə “Şahdəniz Mərhələ 1”in mövcud platformasında (Alfa) “SDA10” quyusu tamamlanıb və istismara təhvil verilib. “SDA11” quyusunda isə qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir. Cari il sentyabrın ortasınadək “İstiqlal” qazma qurğusu yatağın qərb cinahında ilk quyunu – “SDD01”i tamamlayıb. Bunun ardınca “SDD02” quyusunda tamamlanma işləri başlanıb və bu işlər hazırda davam edir. “Maersk Explorer” qazma qurğusu isə “SDF02” quyusunun məhsuldar lay hissəsini qazmaqda davam edir. Bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində yatağın şimal cinahında dörd quyunu, qərb cinahında isə bir quyunu tamamlayıb və 9 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır