Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

i quyu əsaslı təmirdən sonra istismara ver

Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olunan “Səngəçal-dəniz- Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 375 saylı estakadayanı meydançada aparılan təmir-bərpa işlərindən sonra hidrotexniki qurğuları qəzalı quyu fondunda olan 375 nömrəli quyu təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4452-4428 metr intervaldan gündəlik 10 ton neft və 4000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib Bundan başqa, “Ələt-dəniz” yatağındakı 17 saylı stasionar dəniz özülündən 86 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan fontan üsulu ilə məhsul verib, 2998-2996 metr intervaldan gündəlik 25 ton neft və 15000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işlərini “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ  həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır