Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

AP və “Şahdəniz-2” 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verə

TANAP və “Şahdəniz-2” layihələrinin reallaşdırılması 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verəcək. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesabatında deyilir. Bildirilir ki, Azərbaycanın ÜDM-i 2018-ci ildə 2 faiz artacaq. “Mühüm qaz infrastruktur layihələrinin (“Şahdəniz-2”, TANAP) reallaşdırılmasının 2018-ci ildə ölkədə iqtisadi artıma təkan verəcəyi gözlənilir. ÜDM-in isə gələn il 2 faiz artacağı proqnozlaşdırılır”, – deyə hesabatda qeyd edilir. Qeyd edək ki, EBRD 1992-ci ildən Azərbaycanla əməkdaşlıq edir. Bu müddət ərzində bank ölkə iqtisadiyyatına təxminən 2,8 milyard dollar sərmayə yatırıb. TANAP layihəsi ilə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazın Türkiyənin qərb sərhədlərinə və oradan da Avropaya nəqli nəzərdə tutulur. Təbii qaz 2018-ci ilin ortalarında Türkiyəyə çatdırılacaq. TAP boru kəmərinin tikintisi başa çatdıqdan sonra isə təbii qaz 2020-ci ilin əvvəlində Avropaya göndəriləcək. TANAP-ın uzunluğu 1850 kilometrdir və ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr qazdır. Bu qaz həcminin 6 milyard kubmetrinin Türkiyəyə, qalan 10 milyard kubmetrinin isə Avropa bazarına ötürülməsi nəzərdə tutulur. AZƏRTAC


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır