Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

rbaycan “AÇG” layihəsi üzrə indiyədək 246 mln. ton mənfəət nefti sa

AÇG- dən dünya bazarına 459 milyon ton Azərbaycan nefti çıxarılıb. Oktyabrın 1-dək dünya bazarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu hissəsindən çıxarılan və Azərbaycanın payına düşən 246 milyon ton mənfəət nefti satılıb. Bunu SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov noyabrın 1-də Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki konfrans və sərgisində deyib. “İşlənmənin əvvəlindən indiyədək “AÇG”dən 438 milyon ton neft və 138 milyard kubmetr təbii qaz hasil edilib. Eyni zamanda, dünya bazarına 459 milyon ton Azərbaycan nefti çıxarılıb və bunun 342 milyonu tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır