Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

aliyanın “Edison” şirkəti də “Şahdəniz-2” qazı al

İtaliyanın “Edison” şirkəti də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazı alacaq. Bu bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Edison” şirkəti “Şahdəniz-2” qazının alınmasına dair “Gas Natural Fenosa” şirkəti ilə müqavilə imzalayıb. Şirkət ildə 1 milyard kubmetr “Şahdəniz-2” qazı alacaq. Müqavilənin dəyəri 30 milyon avrodur. İlkin olaraq 10 milyon avro ödəniləcək. TAP boru kəməri istifadəyə veriləndən sonra isə qalan 20 milyon avro 2021-ci ildən etibarən ödəniləcək. “Edison” bu əməliyyat sayəsində müştəri bazasını 50 faiz artıracaq. Şirkət, həmçinin “Gas Natural Fenosa” şirkətinin törəməsi “Gas Natural Vendita Italia” şirkətininin səhmlərinin 100 faizini də alıb. Bu satınalmanın dəyəri 193,8 milyon avro təşkil edir. Xatırladaq ki, 2013-cü il sentyabrın 19-da Bakıda “Şahdəniz” qazının Avropaya satışına dair “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, “Hera Trading srl” və “Shell Energy Europe Limited” şirkətləri ilə uzunmüddətli sazişlər imzalanıb. Sazişlər “Şahdəniz” yatağından hasil ediləcək qazın İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasına dair 25 illik əməkdaşlığın təməlini qoyub. Azərbaycan tərəfi ilə “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, “Hera Trading srl” və “Shell Energy Europe Limited” şirkətləri arasında “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25 illik sazişlər imzalanıb. Bu şirkətlər hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürüləcək. Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” ilə “Şahdəniz-2” yatağından hasil olunacaq qaz Türkiyəyə və bu ölkədən də Avropaya çatdırılacaq. “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” ilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır