Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

rbaycan neft bazarının sabitləşməsinə yönəlmiş qərarları dəstəkləməyə hazır

Azərbaycan neft bazarının gələcəkdə sabitləşməsinə yönəlmiş qərarları dəstəkləməyə hazırdır. Bunu energetika naziri Pərviz Şahbazov deyib. “Son zamanlar neft bazarında vəziyyət sabitləşib, müəyyən tarazlıq əldə edilib. Bu, neft hasil edən ölkələr tərəfindən doğru qərarların (hasilatın dondurulması haqqında – İF) qəbul edilməsindən xəbər verir. Əgər gələcəkdə neft bazarının sabitləşməsinə dair yeni ümumi qərar qəbul olunarsa, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır”, – deyə o, bu gün jurnalistlərə bildirib. Nazirin sözlərinə görə, müvafiq dəvət olarsa, Azərbaycan noyabrda OPEC və OPEC + ölkələrinin nazirlər səviyyəsində görüşündə iştirak edəcək. “Görüşdə ölkələrin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirməsinin gedişi və neft bazarının mövcud durumu təhlil olunacaq. Görüşdə, həmçinin gələcək addımlara dair qərarlar da qəbul edilə bilər”, – deyə P.Şahbazov qeyd edib. O əlavə edib ki, Azərbaycan OPEC + çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirir və bundan sonra da yerinə yetirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır