Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

G-də 550 mln. tondan atıq çıxarılmayan neft ehtiyaları

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı imzalanan  “Əsrin müqaviləsi” adlı saziş Azərbaycanın iqtisadi qüdrətini göstərir. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017”-də çıxışı zamanı bildirib. Onun sözlərinə görə, “AÇG” üzrə 1994-cü ildə saziş imzalananda bu blokun ehtiyatları 510 mln. ton həcmində qiymtləndirilirdi: “1997-ci ldən, yəni 20 ildir ki, yataqlar blokundan hasilat həyata keçirilir. Buradan 550 mln. tondan atıq çıxarılmayan neft ehtiyaları olduğu da müəyyənləşib”. R. Abdullayev deyib ki, hazırda “Şahdəniz” yatağında illik təbii qaz hasilatı 9 mlrd. kubmetrə çatır: “Yatağın işlənməsinin ikinci mərhələsində isə qaz hasilatı 16 mlrd. kubmetrə çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Hazırda bu yatağın işlənməyə hazır olması ilə bağlı işlər uğurla və vaxtlı-vaxtında yerinə yetirilir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır