Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

G-nin 2050-ci ilədək işlənməsinə dair saziş imzala

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb.  Seanews.az-ın məlumatına görə, sazişi BP, SOCAR, “Chevron”, “Inpex, “Statoil”, “ExxonMobil”, TPAO, “Itochu” və “ONGC Videsh Ltd.” OVL şirkətlərinin rəhbərləri imzalayıblar. Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. Qeyd edək ki, “AÇG” üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan yatağın işlənməsinə təqribən 33 mlrd. dollar sərmayə qoyulub. İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. İndiyədək “AÇG”-dən təqribən 3,2 mlrd. barel (təqribən 440 mln. ton) neft hasil edilib və bu neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. “AÇG”-dən həmçinin ümumilikdə 30 mlrd. kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci ilin birinci yarısında “AÇG”-dən gündəlik orta hesabla 585 min barel hasilat əldə edilib. Hazırda “AÇG”-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçalterminalına nəql olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır