Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb

Ukraynanın “Ukrtransnafta” şirkəti Odessa vilayətinin dəniz neft terminalında Belarus üçün nəzərdə tutulmuş 85 min ton “Azeri Light” markalı neftin tankerdən boşaldılmasına başlayıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Tankerdən boşaldılan neft daha sonra Odessa-Brodı neft kəməri ilə Belarusa nəql ediləcək.

Mart-aprel aylarında “SOCAR Trading” ümumilikdə 335 min ton həcmində dörd neft partiyasını Odessa limanı və Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa yola salmışdı. SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır