Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

SOCAR yaxın vaxtlarda Belarusa neftlə dolu tanker göndərəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaxın vaxtlarda Belarusa bir tanker neft idxal edəcək, ikinci tankerlə bağlı hələ danışıqlar gedir.

Bu barədə şirkətin nümayəndəsi İbrahim Əhmədov RİA “Novosti” agentliyinə bildirib.

“Hazırda biz Belarus tərəfinə neftin bir tankerinin satışı üzrə müqaviləni təsdiq edirik, saziş yaxın vaxtlarda reallaşdırılacaq. İkinci tanker üzrə hələ ki danışıqlar gedir", - İ.Əhmədov deyib.

Daha əvvəl “Belneftkimya” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR mart ayında Odessa limanına iki tanker neft nəql edəcək.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır