Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

 “Equinor” gələn ilin ilk rübündə “Aypara” strukturunda kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırır

Norveçin “Equinor” şirkəti 2020-ci ilin I rübündə Xəzərin Azərbaycan sektorunda “Aypara” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə başlamağı planlaşdırır. Bu barədə şirkətdən məlumat verilirb.

“Aypara” strukturu Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” blokundan 25 km və Bakıdan 90 km məsafədə yerləşir və şimal-şərqdən cənub-qərbə qədər uzanır. 2020-ci ilin I rübündə “Aypara-1” quyusunun qazma işlərinə başlamaq nəzərdə tutulur. Qazma nöqtəsində dənizin dərinliyi 140 metrdir. Qazma işlərinin 60-90 gün davam edəcəyi və gələn ilin I və ya II rübündə başa çatması gözlənilir”, - şirkətdən qeyd ediblər.

Məlumata görə, “Aypara-1” quyusunun qazılması üçün “Qarabağ” yatağında dənizin dərinliyində kəşfiyyat qazma işlərində istifadə olunacaq yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Həmçinin məlumat verilir ki, bu işlərin həyata keçirilməsinə hazırlıq çərşivəsində “Equinor” “Aypara-1” quyusunun qazma işləri ilə əlaqədar Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədini hazırlayıb.

Sənəddə ətraf və sosial mühitin cari vəziyyətinə dair məlumat, layihənin reallaşdırılmasının Xəzərin ekologiyasına təsirinə dair proqnozlar və ətraf mühit və əhaliyə istənilən potensial təsirin minimuma endirilməsinə dair tədborlər öz əksini tapıb.

Şirkət iyukun 4-d Bakıda ictimai dinləmələr zamanı ƏMTQ sənədini ictimaiyyətə təqdim etmək niyyətindədir.

31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında iki müqavilə imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.

Saziş iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib.

13 mlrd. kubmetr qaz və 17 mln. ton kondensat ehtiyatı ilə “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 100 kilometr şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 250 metrdən 450 metrə kimi dəyişir.

“Əşrəfi-Dan ulduzu” struktur blokunun işlənməsinə dair müqavilə 1997-ci ildə ARDNŞ (20%), BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS”(4,5%) arasında imzalanıb. “Əşrəfi” yatağında 20-40 mln. ton karbohidrohen ehtiyatlarının olması aşkar edilib. Lakin müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib.

“İnterfaks-Azərbaycan”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır