Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

2022-ci ildə “Ümid” yatağının II platformasından hasilata başlanılması planlaşdırılır

Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağında inşa olunması planlaşdırılan ikinci platformadan ilk qaz hasilatına 2022-ci ilin IV rübündə başlanılması planlaşdırılır. Bunu  “Ümid-Babək Operating Company”nin baş direktoru Əli Qurbanov bildirib. O qeyd edib ki, bu platformada 4 quyu qazılması planlaşdırılır: “İkinci platforma “Ümid” yatağı və “Babək” perspektiv sahəsində hab olacaq”. O, “Babək” perspektiv sahəsindən də danışaraq qeyd edib ki, burada ilk quyunun kəşfiyyatı və sınağı 2021-ci ildə planlaşdırılır: “Əgər uğurlu olarsa, quyu istismara daxil olacaq”. Qeyd edək ki, “Ümid” yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye işlənməsinə daxil edilib. Qeyd edək ki, “Babək” strukturu “Ümid” yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır