Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

rbaycan “Cənub Qaz Dəhlizi” üçün qaz mənbələrinin siyahısını genişləndirə bi

“Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi üçün Azərbaycanın “Şəfəq-Asiman” və “Ümid-Babək” kimi yataqlarından istifadə oluna bilər. Bunu açıqlamasında “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. B.Aslanbəyli bildirib ki, “Cənub Qaz Dəhlizi”ni iki istiqamətdə genişləndirmək olar:  “Birinci istiqamət təkcə “Şahdəniz” deyil, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin operatoru olduğu “Şəfəq-Asiman” və “Ümid-Babək” və digər yataqlar kimi qaz ehtiyatlardır. İkinci istiqamət isə üçüncü ölkələrin qaz resurslarıdır. Bu məsələ həmin ölkələrin istək və maraqlarından asılıdır”. Şirkətin vitse-prezidenti vurğulayıb ki, bu qaz kəmərinin genişləndirilməsi üçün texniki imkanlar var: “Cənub Qaz Dəhlizi” əvvəlcədən elə inşa edildi ki, onun buraxılış qabiliyyətini iki dəfə artırmaq mümkün olsun”. O, BP-nin bu layihənin həyata keçirilməsində kifayət qədər fəal iştirak etdiyini qeyd edib. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır