Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamla

“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb. Bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bu ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunun üst tamamlama işləri başa çatdırılıb. Bundan əlavə, “SDA04” və “SDA05” quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb. İstiqlal qazma qurğusu yatağın şərq cinahında “SDG04” və “SDG02Z” quyularını tamamlayıb. “Maersk Explorer” qurğusu da şərq cinahda “SDH02” quyusunda qazma əməliyyatlarını davam etdirir. Bu iki qurğu “Şahdəniz Bravo” platformasından hasilat üçün ümumilikdə 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq cinahında isə 2 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır