Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

dər Əliyev adına NEZ üçün Bakıya nəhəng avadanlıq gətir

Heydər Əliyev adına neft emalı zavodu (NEZ) üçün Bakıya nəhəng avadanlıq gətirilib. Bu barədə SOCAR-ın “Neftqaztikinti” tresti məlumat yayıb. Bildirilir ki, trestə məxsus limanda neft emalı zavodu üçün “Linda” gəmisi vasitəsilə Bakıya gətirilən nəhəng avadanlığın (uzunluğu 40 metrə yaxın) qəbulu və daşıyıcı texnikanın üzərinə qoyulması xidməti həyata keçirilib. Qeyd edək ki, Heydər Əliyev adına neft emalı zavodunun yenidənqurma və modernləşdirilməsi layihəsinin ilkin mərhələsi çərçivəsində yeni bitum qurğusunun inşası başa çatıb. Tikintisinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal ediləcək. Bitum qurğusunun illik istehsal gücü 400 min tondur. Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Ümumilikdə yaxın gələcəkdə Heydər Əliyev adına NEZ-də irili-xırdalı 14 müasir texnoloji qurğu inşa ediləcək. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır