Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Kopenhagen polisi Şimal axını 1 və 2 boru kəmərlərində sızmanın güclü partlayışların nəticəsində baş verdiyini bildirib

Kopenhagen polisi Şimal axını 1 və 2 boru kəmərlərində sızmanın güclü partlayışların nəticəsində baş verdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə polis nümayəndələri, oktyabrın 18-də Kopenhagendə keçirilən xüsusi tədbirdə məlumat veriblər.

Danimarka polisinin məlumatına görə, sentyabrın 26-da “Şimal axını 1” və 2-ci qaz kəmərlərində baş verən silsilə partlayışlar nəticəsində qaz Baltik dənizinin səthinə sızmağa başlayıb. Güclü partlayışlar ikisi Danimarkada və ikisi İsveç eksklüziv iqtisadi zonalarında olmaqla dörd fərqli yerdə qaz sızmasına səbəb olub.

Qeyd olunub ki, partlayışla bağlı istintaq hələlik işini bitirməyib. Bu səbəbdən ölkələr insidentin daha yaxşı araşdırılması üçün Norveçin xüsusi xidmət orqanlarının da daxil olduğu birgə komanda yaratmaq üçün səylərini birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır