Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

zər-Qara dəniz dəhlizi layihəsindən nə xəb

Buxarest 2019-cu ilin birinci yarısında Avropa İttifaqında (Aİ) sədrliyi çərçivəsində Xəzər-Qara dəniz dəhlizi layihəsinin Aİ-nin müvafiq strukturlarında baxılması üçün səylər göstərmək niyyətindədir. Bunu Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Mariya Maqdalena Qriqore nəqliyyat məsələləri üzrə Türkmənistan-Rumıniya işçi qrupunun iclasında bildirib. O qeyd edib ki, Rumıniya özünün Qara dəniz limanı Konstansanı Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat-tranzit dəhlizinin əsas halqalarından birinə çevirmək üçün bütün imkanlardan istifadə etməlidir. Bu ideyanı həyata keçirmək üçün Buxarest 2019-cu ilin birinci yarısında Avropa İttifaqında sədrliyi çərçivəsində Xəzər-Qara dəniz dəhlizi layihəsinin Aİ-nin müvafiq strukturlarında müzakirəsi üçün səylər göstərmək niyyətindədir. Tərəflər görüşün yekunlarına dair dəniz, avtomobil, hava və dəmir yolu nəqliyyatı sahələrində əməkdaşlıq üzrə Protokol imzalayıblar. Sənəddə gələcəkdə Xəzər-Qara dəniz nəqliyyat-tranzit dəhlizinin yaradılması haqqında siyasi bəyannamənin imzalanması istiqamətində siyasi-diplomatik səylərin gücləndirilməsi ilə bağlı qətiyyətlilik də öz əksinin tapıb. Bununla əlaqədar yaxın vaxtlarda Azərbaycan və Gürcüstanın da iştirakı ilə dördtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır