Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Türkiyə limanları  ilin ilk üç ayında 5 milyon tona yaxın kənd təsərüfatı məhsulu qəbul edib

2023-cü ilin yanvar-mart ayında Türkiyə limanları 4 milyon 719 min 253 ton kənd təsərüfatı məhsulları və mal-qara qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili kənd təsərüfatı məhsulları və mal-qara qəbulu 237 min 91 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə kənd təsərüfatı məhsulları və mal-qara daşınması 4 milyon 482 min 162 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-mart ayında Türkiyə limanlarından transit yolu ilə heçbir kənd təsərüfatı məhsulları və mal-qara daşınmayıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır