Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Ventspils limanının yük dövriyyəsi yanvarda keçən ilin eyni ayı ilə müqayisədə 40% artıb

Latviyanın Ventspils limanının yük dövriyyəsi 2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 40% artaraq 1,57 milyon tona çatıb. O cümlədən, 809 min ton maye yük (-5,5%), 543 min ton toplu yük (artım 2,8 dəfə) və 224 min ton ümumi yük (+13,7%) aşırılıb.

“Seanews.az”-ın məlumatına görə, hesabat dövründə limana 129 gəmi yan alıb (+16%).

Venta çayının mənsəbinin yaxınlığında yerləşən Ventspils limanı neft və neft məhsulları, maye kimyəvi maddələr, gübrələr, metal, meşə materialları, balıq sənayesi məhsulları, kömür, konteynerlər və Ro-Ro qoşqularının yüklənməsi və boşaldılması üçün terminallarla təchiz edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır