Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Şanxay və Sinqapur limanlarının ötən il üzrə konteyner dövriyyəsi açıqlanıb

Şanxay limanının konteyner dövriyyəsi 2022-ci ildə 47,3 milyon TEU təşkil edib. Bu da 2021-ci illə müqayisədə 0,6% çoxdur. Sinqapur limanının konteyner dövriyyəsi isə hesabat dövründə 0,7% azalaraq 37,29 milyon TEU olub.

2022-ci ilin dekabr ayında Şanxay limanında 4,11 milyon TEU aşırılıb. 2021-ci ilin dekabr ayı ilə müqayisədə Şanxayda konteyner dövriyyəsi 3,3% artıb.

2022-ci ilin dekabrında Sinqapurun körpülərindən 3,25 milyon TEU keçib. Bu da həmin ilin noyabr ayı ilə müqayisədə 9,8% çoxdur. 2021-ci ilin dekabr ayı ilə müqayisədə Sinqapurun konteyner dövriyyəsi 1,2% azalıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır