Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Belçikada metanolla işləyən ilk yedək gəmisinin təqdimatı keçirilib

Belçikanın Antverpen-Brügge limanı dünyada metanolla işləyən “Methatug” adlı ilk yedək gəmisiini təqdim edib.

Bu barədə “Seanews.az” “Splash”-ə istinadən xəbər verir.

Uzunluğu 30 metr olan yedək gəmisinin dartma gücü 50 tondur.   Birdəfəyə götürdüyü 12000 litr metanol iki həftəlik istismar üçün kifayət edir. Gəminin mühərrikləri iki yanacaqla işləyə bilir.

Avropanın “FASTWATER” layihəsinin bir hissəsi olan “Methatug”  metanoldan gəmiçilik sənayesi üçün təmiz yanacaq kimi istifadənin mümkünlüyünü nümayiş etdirir və Avropa Tədqiqat və İnnovasiya Proqramı tərəfindən maliyyələşdirilir.

Qeyd edək ki, Şimal dənizindən 90 km məsafədə Şeldt çayı üzərində yerləşən Antverpen (Belçika) dəniz və çay limanı eyni vaxtda 400-ə qədər gəmi qəbul edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır