Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

“HD HHI” tərsanəsi 372 milyon dollara üç “VLAC” tipli ammonyak tankeri inşa edəcək

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma şirkəti üç böyük tutumlu “VLAC” ammonyak daşıyıcısının tikintisi üçün sifariş alıb.

“Seanews.az” xəbər verir ki, hər üç tanker “HD KSOE”-nin üç gəmiqayırma bölməsindən biri olan “HD Hyundai Heavy Industries” (“HD HHI”) tərəfindən tikiləcək. Müqavilənin dəyəri 372 milyon dollar qiymətləndirilir. İlkin qrafikə əsasən, gəmilərin 2027-ci ilin sonunadək sifarişçiyə - Okeaniya regionundan gəmiçilik şirkətinə təhvil verilməsi planlaşdırılır.

Bu ilin əvvəlindən “HD KSOE” artıq ümumi dəyəri 8,75 milyard dollar olan 72 gəminin tikintisinə dair sifarişlər alıb ki, bu da bu il üçün nəzərdə tutulan müqavilə məbləğinin 64,8%-ni təşkil edir. Sifariş portfelinə altı LNG tankeri, 26 kimyəvi tanker, 24 LPG və ammonyak tankeri, altı “ULCC” neft supertankeri olmaqla müxtəlif növ gəmilər daxildir.

2024-cü ilin yanvarında “HD KSOE” Mərkəzi və Cənubi Amerikadan olan gəmiçilik şirkətindən üç eyni “VLAC” gəmisinin tikintisi üçün sifariş alıb. Müqavilənin dəyəri 366 milyon dollardır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır