Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

Dörd LNG tankerinin inşası 1 milyard dollara başa gələcək

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma qrupu adı açıqlanmayan gəmiçilik  şirkətindən LNG tankerlərinin inşası üçün sifariş alıb.

“Seanews.az” “HD KSOE”-nin bəyanatına istinadən xəbər verir ki, müqavilənin dəyəri 1,43 trilyon von (1,08 milyard dollar) təşkil edir.

Dörd mayeləşdirilmiş təbii qaz daşıyıcısı Yonghamdakı “Hyundai Samho Heavy Industries” gəmiqayırma zavodunda tikiləcək. Gəmilərin sifarişçiyə təhvil verilməsi 2028-ci ilin yanvar ayına planlaşdırılır.

Ən son müqavilə sayəsində “HD KSOE” gəmiqayırma sifarişlərinin planlaşdırılmış illik həcminin (13,5 milyard dollar) 44,3%-ni (5,98 milyard dollar) yerinə yetirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır