Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” üçün inşa edilən konteyner gəmisi suya buraxılıb

Cənubi Koreyanın “Daewoo Shipbuilding and Marine Engineering” (“DSME”) gəmiqayırma zavodu “Hapag-Lloyd”un sifarişi ilə inşa edilən konteyner gəmisini suya buraxıb.

“Offshore Energy”-nin məlumatına görə, uzunluğu 400 metr, eni 61 metr, tutumu 23 660 TEU olacaq konteyner gəmisi "Berlin Express" adlandırılıb.

LNG ilə işləyəcək konteynerdaşıyan 2022-ci ildə sifariş edilmişdi və istismara verilməsi bu ilin sonuna planlaşdırılmışdı. “Hapag-Lloyd”un nümayəndəsi bildirib ki, “Berlin Express”-i daha tez – bu ilin ikinci rübündə təhvil vermək mümkün olacaq.

Ümumilikdə “Hapag-Lloyd” şirkəti “DSME” zavoduna altı belə konteyner gəmisi sifariş edib. Bu seriyanın son gəmisinin 31 dekabr 2024-cü ilin son günü təhvil verilməsi gözlənilir. Bütün konteyner gəmilərindən Avropa - Uzaq Şərq marşrutlarında istifadə olunacaq.

“Hapag-Lloyd”-un sifariş qovluğu ümumi tutumu 400 min TEU olan 22 konteyner gəmisindən - hər birinin tutumu 23,5 min TEU olan 12 gəmidən və iki yanacaqla işləyən mühərriklərlə təchiz olunmuş 13 min TEU tutumlu 10 gəmidən ibarətdir. Sifarişlərin dəyəri təxminən 2 milyard dollardır.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır