Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Fədakar dənizçi, səmimi insan Vitya Yunusov

Vitya Əbülfət oğlu Yunusov 1 iyun 1952-ci ildə Tovuz rayonunun Böyükqışlaq kəndində anadan olub.

O, 1968-1971-ci illərdə Gəncədə yerləşən 38 saylı Texniki Peşə Məktəbində avtoçilingər peşəsinə yiyələnib.

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində başlayıb. Uzun müddət Gəmiçiliyin həm Xəzərdə, həm də xarici sularda üzən “Səməd Vurğun”, “Nəriman Nərimanov”, “Qəhrəman Hacıyev”, “Şamxor”, “Qafur Məmmədov”, “Həzi Aslanov”, “Koroğlu” və “Cabbar Həşimov” kimi gəmilərində donkerman-motorist kimi çalışıb.

Vitya Yunusov zəhmətkeş, mədəni və nəcib insan kimi kollektivdə böyük nüfuz və hörmət sahibi olub.

Onun fədakar əməyi layiqincə qiymətləndirilib. 1982-ci ildə “Ən yaxşı motoruçu”, 2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına, 2016-cı ilə Azərbaycan Respublikasının əmək veteranı adına, 2018-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalına layiq görülüb.

Fədakar dənizçi, böyük ürək sahibi, səmimi insan Vitya Yunusov 2021-ci ildə dünyasını dəyişib. Onun xatirəsi hər zaman ehtiramla yad edilir.

Rövşən Abdurəhmanov - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır