Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-30,
Seanews
Heyder Eliyev

ASCO kollektivinə ağır itki üz verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib.

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor Zahid Ziyatxan oğlu Şərifov vəfat edib.

Zahid Şərifov 8 yanvar 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

O, Azərbaycan Dövlət Dəniz Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. Ölkəmizdə dənizçi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Zahid Şərifov ASCO ailəsinin hər bir üzvü, eləcə də ADDA-nın müəllim və tələbə kollektivi arasında səmimiyyəti, yüksək insani xüsusiyyətləri, işgüzarlığı ilə yadda qalıb. Elə buna görə də onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Zahid Şərifovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır