Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-05,
Seanews
Heyder Eliyev

Klaypeda limanında çoxlu sayda döyüş sursatı aşkar edilib

“Seanews.az” xəbər verir ki, Baltik dənizindəki Klaypeda dövlət dəniz limanında aparılan işlər zamanı İkinci Dünya müharibəsinə aid xeyli döyüş sursatı aşkar edilib.

Bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb. "Litva Hərbi Dəniz Qüvvələrinin sualtı komandası və quruda fəaliyyət göstərən mühəndis batalyonunun istehkamçıları aprelin 19-dan liman akvatoriyasının dibindən 800-ə yaxın döyüş sursatı qaldırıblar ", - məlumatda deyilir. 

Ən son təhlükəli tapıntı keçən həftənin cümə axşamı günü aşkar edilib. Bunlar 52 artilleriya mərmisi olub. Onları məhv etmək üçün çıxarıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır